...

Prezident Mahmud Əhmədinejad: "İran dünyada hakimlik edən sistemi dəyişmək missiyasını açıq bəyan edir"

Siyasət Materials 13 Avqust 2007 18:24 (UTC +04:00)
Prezident Mahmud Əhmədinejad: "İran dünyada hakimlik edən sistemi dəyişmək missiyasını açıq bəyan edir"

Azərbaycan, Bakı/ Trend müxbir C.Ağayeva/ İran beynəlxalq əlaqələr və münasibətlərdə mövcud olan strukturun millətlərin mənafeyinə uyğun olaraq dəyişmək barədə missiyasını açıq bəyan edir. Bu cür bəyanatla İran prezidenti Mahmud Əhmədinejad xarici ölkələrdə akkreditə olan diplomatik nümayəndəliklərinin başçıları ilə görüşdə çıxış edib. İranın Azərbaycandakı səfirliyi tərəfindən yayılmış prezidentin muraciətində göstərilir ki, İranın xarici siyasəti bu prinsiplər əsasında qurulmalı və beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır.

Əhmədinejad bildirib ki, dünyada mövcud münasibətlər və beynəlxalq qanunlar, ədalətə əsasən tərtib edilərək həyata keçirilməlidir. Bütün insanlar müxtəlif sahələrdəki hüquqlarından oxşar şəkildə bəhrələnməlidirlər.

İran prezidentinin fikrincə, davamlı təhlükəsizlik sadəcə ədalətin sayəsində gerçəkləşə bilər və millətlərin hüquqlarının pozulması, habelə terrorçuluğun yayılması zor deyən güclərin dünyaya aşıladığı ədalətsizliklərdən qaynaqlanır, deyə müraciətdə göstərilir.

Xəbər lenti

Xəbər lenti