Azərbaycan, Bakı/ " müxbir S.Ağayeva/ Yəhudilər Azərbaycanda təhlükəsiz şəraitdə yaşayırlar. Bunu cümə axşamı İsraili Bakıdakı səfirliyi yanında Yəhudi mədəniyyət mərkəzinin açılışında İsrailin baş nazirinin müavini Aviqdor Liberman bildirib.
"Keçmişdə də bu cür olub, gələcəkdə də belə olacaq",-deyə o söyləyib.
Liberman yəhudi diasporunun Azərbaycanın ictimai-siyasi həyatındakı fəal rolunu xüsusi qeyd edib.
Onun sözlərinə görə, İsrail Azərbaycanla əlaqələrin bütün sahələrdə genişlənməsində çox maraqlıdır. "Bizim hökumətimiz ikitərəfli dostluq əlaqələrinin gələcək inkişafı üçün bütün səyləri göstərəcək",-deyə o bildirib.
İsrailin baş nazirinin müavini, strateji planlaşdırma naziri, "İsrail - bizim ev" partiyasının sədri Aviqdor Liberman çərşənbə günü Bakıya gəlib. Səfərin rəsmi hissəsi Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanının ziyarəti ilə başlayıb.
Sonra o, Azərbayacan Respublikasının prezidenti İlham Əliyev, Nazirlər Kabinetinin rəhbəri Artur Rasizadə və Xaricdə yaşayan Azərbaycanlıların işi üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovla görüşüb.
Avqustun 17-də Liberman Milli Məclisin sədr müavini Valeh Ələsgərov və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşəcək.
Səfər proqramına həmçinin avqustun 18-də Quba rayonun Qırmızı Sloboda kəndində Azərbaycandakı yəhudi icması nümaiyəndələri ilə görüş daxildir.