...

Azərbaycan Türkiyə ilə viza rejiminin ləğvini nəzərdən keçirmək niyyətində deyil (video)

Siyasət Materials 27 Avqust 2007 14:45 (UTC +04:00)
Azərbaycan Türkiyə ilə viza rejiminin ləğvini nəzərdən keçirmək niyyətində deyil (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Türkiyə ilə viza rejiminin ləğvi məsələsi Azərbaycan tərəfində nəzərdən keçirilmir və çətin ki, yaxın gələcəkdə nəzərdən keçirilsin. Bunu bazar ertəsi brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib.

Avqustun 1-dən Türkiyə Azərbaycan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistan vətəndaşları üçün viza rejimini ləğv edib. Bu addım sözügedən ölkənin ərazisində vizasız 30 gün ərzində qalmağı nəzərdə tutur. Türikyə müvafiq siyahını genişləndirmək niyyəti barədə bəyanatlar verirdi. Türkiyə Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Səudiyyə Ərəbistanı və Küveytlə vizsaız gediş-gəlişlə bağlı anlaşma əldə edib.

İbrahimin sözlərinə görə, Ankaranın müvafiq addımı beynəlxalq diplomatik və hüquq baxımından birtərəfli xarakterlidir və qarşı tərəfi analoji addım atmağa məcbur etmir.

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu əvvəllər Trend ə açıqlamasında bildirib ki, Türkiyə hökumətinin bu qərarı ümumi köklərə malik xalqların nümayəndələrinin Türkiyə sərhədini keçməsinin maksimum sadələşdirilməsinə yönəlib.

"Hökumətimiz maneə kimi dəyərləndirilən vəziyyəti aradan qaldırdı. Lakin biz hər hansı ölkəyə deyə bilmərik ki, Türkiyə ilə viza rejimini sadələşdirsin" - deyə səfir bildirib.

Azərbaycan Rusiya, Gürcüstan və digər ölkələrlə vizasız gediş-gəlişə malikdir. Ölkə Türkiyə ilə viza rejimini ləğv etməyə tələsmir. Azərbaycanın rəsmi şəxsləri bunu Dağlıq Qarabağ münaqişəsinə dair qərarın olmaması ilə izah edirlər.

Azərbaycanlı ekspertlər hesab edirlər ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi əlaqələrin genişləndirilməsinə ciddi təsir göstərməyəcək.

Xəbər lenti

Xəbər lenti