...

Naxçıvanda növbəti kadr dəyişikliyi baş verib

Siyasət Materials 8 Sentyabr 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında növbəti kadr dəyişikliyi baş verib. Trend in bölgə müxbirinin sözlərinə görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamına əsasən, Vahid Əbdülhüseyn oğlu Ağahəsənov Dövlət Baş Sığorta Agentliyi baş direktorunun müavini təyin olunub. Ağahəsənov sərəncam imzalanana qədər işsiz olsa da, bundan əvvəl Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini vəzifəsində çalışıb.

Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti