Azərbaycan, Bakı, 18 sentyabr /müx. TrendLife Şahin Cavadsoy/
Rəqsanənin başına gələn müsibətlər "şou-dağları"na yamanca vəl-vələ gətirib. Amma müğənni Sevdanın, baş verənlərə susaraq münasibət bildirməsi bir çoxlarında təəccüb yaradır. "TrendLife"ın müxbirinə çox qısa açıqlama verən eks rəqqasə, Rəqsanəyə bu sözlərini ünvanladı: "Aramızda barışıq olmasa da, o insanı tanımasam da, yıxılana balta vurmaq günahdır. Odur ki, Allah Rəqsanənin köməyi olsun. Qoy bu yaşadıqları onu ruhdan salmasın. Bilsin ki, dualarımla onu dəstəkləyirəm".