...

Rejissor Ramiz Həsənoğlu: "Çox kino, çox pul deyil"

Cəmiyyət Materials 22 Sentyabr 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /müx. TrendLife , Eldar Hüseynzadə/

Son vaxtlar Azərbaycanın kino aləminə klipmeykerlərin san atması müşahidə olunur. Bununla bağlı, TrendLife Azərbaycanın xalq artitsi, kinorejissor Ramiz Həsənoğlu fikrini öyrəndi.

"İstedadlı insanlara həmişə tələbat var. Azərbaycanda onlar hər zaman olub. Əlbəttə, istedadlı gənclər var, sadəcə, bir nəfərlə iş düzəlmir. Elə gənclər var ki, əvvəlcə özlərini şou-biznes sahəsində sınayıb, sonradan kino sahəsində işləməyə can atırlar. Rejissor öncə balaca bir süjet çəkir, sonradan böyük kinoya keçir. Bu da həmişə uğurlu alınmır. Kinoda çalışmaq üçün mütləq səbr, ağıl lazımdır. Çox kino, çox pul deyil. Böyük əməkdir."-deyə R. Həsənoğlu öz fikrini bildirdi.

Xəbər lenti

Xəbər lenti