...

ATƏT-in Azərbaycandakı səfiri: "Jurnalistlər öz fikirlərini ifadə etdiklərinə görə həbs olunmamalıdırlar"

Cəmiyyət Materials 9 Oktyabr 2007 18:04 (UTC +04:00)
ATƏT-in Azərbaycandakı səfiri:  "Jurnalistlər öz fikirlərini ifadə etdiklərinə görə həbs olunmamalıdırlar"

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ ATƏT-in Azərbaycandakı nümayəndəsi növbəti dəfə peşəkar fəaliyyətinə görə jurnalistlərin həbsinə son verilməsi təşəbbüsü ilə çıxış edib.

"Jurnalistlər öz fikrilərini ifadə etdiklərinə görə həbs olunmamalıdırlar",-deyə çərşənbə axşamı ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Xerrero bildirib.

Azərbaycanda yeddi jurnalist həbsdədir. Onlar, əsasən, böhtanda ittiham olunur. ATƏT dəfələrlə "Diffamasiya haqqında" qanunun qəbul olunması təşəbbüsü ilə çıxış etsə də, ölkə rəhbərliyinin müsbət cavabı olmayıb. Prezidentin İcra Aparatının İctimai-siyasi məslələr şöbəsinin müdiri Əli Həsənov daha öncə bildirmişdi ki, jurnalistlərin qərəzliliyi nəzərə alınsa, Azərbaycanda bu cür qanun qəbul etmək hələ tezdir.

Xerreronun sözlərinə görə, Azərbaycanda KİV-lə bağlı vəziyyət nəinki ATƏT-i, həm də digər beynəlxalq təşkilatları narahat edir.

Xəbər lenti

Xəbər lenti