...

Rusiyalı tarixçi-yazıçı Azərbaycan hərbçisi Cəmşid Naxçıvanski barədə kitab yazıb

Cəmiyyət Materials 24 Oktyabr 2007 15:55 (UTC +04:00)
Rusiyalı tarixçi-yazıçı Azərbaycan hərbçisi Cəmşid Naxçıvanski barədə kitab yazıb

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan hərbçisi, Naxçıvan xanları sülaləsinin parlaq nümayəndələrindən biri Cəmşid Naxçıvanskinin şərəfli həyat yolu barədə arxiv materialları məşhur rus tarixçisi-qafqazşünas Rudolf İvanovun yeni kitabının əsasını təşkil edib.

"Sovet İttifaqı adı ilə..." kitabının müəllifinin daha öncə Trend ə bildirdiyinə görə, öz kitabı üçün materialları o, Generalın Vətənindən - Naxçıvandan və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin arxivindən toplayıb. Alim qeyd edib ki, sənədlərdə Vətənə layiqincə xidmət etmiş Rus ordusu generalının həyatı barədə, 1983-cü ildə həbsi, məhkəməsi və ölümü ilə bağlı faktlar əks olunub.

İvanovun əsəri - Naxçıvani haqqında tarixi monoqrafiyadır. Kitabın təqdimatı yazıçı-tarixçinin Azərbaycana növbəti səfəri zamanı baş tutacaq. Rus yazıçısı general Naxçıvanskinin adını daşıyan hərbi litseyin kursantları qarşısında çıxış etməyi, jurnalistlərlə görüşməyi planlaşdırır.

Professor Rudolf İvanov 23 kitab və təqribən 200 məqalənin müəllifidir ki, bunların sırasında da əsas yeri Rusya imperiyası və Qafqaz tarixi barədə əsərlər, həmçinin, Qafqaz xalqlarının tarixinə, Qafqaz xalqları nümayəndələrinin qəhramanlıqları və Rusiya imperiyasının qorunması və çiçəklənməsində onların roluna həsr olunmuş kitablar tutur. Ötən il müəllifin "Bəyazitin müdafiəsi: həqiqət və yalan" və "Əlahəzrətin general-adyutantı. Hüseyn Xan Naxçıvanki barədə rəvayət" tarixi povesti işıq üzü görüb.

Onun Azərbaycanın tanınmış oğulları barədə əsərləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə nəşr olunub.

Xəbər lenti

Xəbər lenti