...

Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinə qarşı məhkəmə hökmü davam edir

Cəmiyyət Materials 26 Oktyabr 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində cümə günü hakim Tofiq Paşayev sədrliyi ilə keçirilən iclasda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyev və digər 17 təqsirləndirilən şəxs barəsində hökmün oxunması davam edib.

Hökmə görə, Fərhad Əliyev iqtisadi inkişaf naziri işlədiyi dövrdə vəzifəsindən sui-istifadə edərək özünə yaxın olan adamlardan ibarət mütəşşəkkil dəstə yaradıb. Müxtəlif ünvanlarda yerləşən obyektləri və qeyri-yaşayış sahələrini qanunsuz yolla yaxınlarının adlarına bazar qiymətindən əhəmiyyətli dərəcədə ucuz qiymətə özəlləşdirilməsinə nail olub. Hökmdə, həmçinin esk-nazirin qanunsuz sahibkarlığı ilə məşğul olduğu və dövlət büdcəsindən küllü miqdarda vəsait yayındırdığı da qeyd olunub. Hökmün oxunuşu davam edir.

Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev 19 oktyabr 2005-ci il tarixdə həbs olunublar. Hər iki qardaş və onlarla eyni müttəhimlər kürsüsündə əyləşmiş təqsirləndirilən şəxslər vergidənyayınma, qanunsuz özəlləşdirmə, ruşvət alma və digər vəztfə cinayətlərində təqsirli bilinirlər. Məhkəmə iclası ökmün oxunuşu davam edir.

Xəbər lenti

Xəbər lenti