...

Vitse-prezident: "İran 2016-cı il Olimpiya Oyunlarının keçirilməsinə Azərbaycanın namizədliyini dəstəkləyəcək" (video)

Cəmiyyət Materials 30 Oktyabr 2007 13:50 (UTC +04:00)
Vitse-prezident: "İran 2016-cı il Olimpiya Oyunlarının keçirilməsinə Azərbaycanın namizədliyini dəstəkləyəcək" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ İranın gəncələr siyasəti və idman üzrə vitse-prezidenti Xocatulislam Əli Əkbərin çərşənbə axşamı Bakıya səfəri çərçivəsində bu gün verdiyi məlumata görə, İran Azərbaycanın 2016-cı il Olimpiya Oyunlarının keçirilməsinə namizədliyini dəstəkləyir.

Səfər çərçivəsində İranın vitse-prezidenti Azərbaycanın Olimpiya Oyunlarının keçirilməsinə nəmizdliyini dəstəklədiyini Azərbaycan rəsmilərinə diqqətinə çatdıracaq.

"Danışıqlar zamanı hər iki ölkənin gənclər siyasəti sahəsində əməkdaşlığının genişləndirilməsi məsələləri, birgə tədbirlərin, idman yarışlarının keçirilməsi, elm və təhsil sahəsində əlaqələrin inkişafı müzakirə olunacaq" - deyə vitse-prezident bildirib.

"Bizim əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensiala malikik və biz mütləq bu potensialdan istifadə edəcəyik" - deyə İranın vitse-prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti