...

Azərbaycanda dövlət sifarişi ilə çəkiləcək filmlər var

Cəmiyyət Materials 21 Noyabr 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Mədəniyyət və Turizm Nazirliyinin əmrilə yaranan Xüsusi Ekspert Şurası oktyabrın 1-dən başlayaraq, müxtəlif kinolayihələrə baxıb. Bunların dövlət sifarişi ilə 2008-ci ildə çəkiləcəyi nəzərdə tutulur. Şuranın keçirdiyi üç iclasda 27 kinolayihəyə, 2 animasiyayaya, iki sənədli filmə baxılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın TrendLife-a verdiyi məlumata görə, iclasda geniş müzakirələrdən sonra qərara alınıb ki, 3 film lentə alınsın. Bunlar rejissor Ayaz Salayevin "Telekanal üçbucağı", rejissor Ramiz Fətəliyevin "İstanbula reys", "İlahi heyvanlar" filmləridir.

Xəbər lenti

Xəbər lenti