...

Rusiya Mədəniyyət Mərkəzi yeni il şənliklərinə hazırlaşır

Cəmiyyət Materials 24 Dekabr 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /müx. TrendLife İradə Əsədova/

Rusiya mədəniyyət mərkəzində yeni il şənliklərinə ciddi hazırlıq gedir. Bu barədə mərkəzin direktoru Svetlana Barinova TrendLife-ın müxbiri ilə söhbətində söyləyib. O bildirib ki, Yeni il şənlikləri hər gün bir neçə seansla, dekabrın 23-dən yanvarın 8-nə kimi davam edəcək. Xaitırladaq ki, bu il mərkəzin 10 illik yubileyi ilə əlaqədar keçirilən şənliklərin əksəriyyəti xeyriyyə xarakteri daşıyır. Bundan əlavə, Svetlana xanım onu da qeyd etdi ki, sonuncu gün, yəni yanvarın 8-də olacaq şənlikdə internat və uşaq evlərindən, kimsəsiz ailələrdən dəvət olunmuş qonaqlar arasında mərkəzin rəhbəri, millət vəkili Mixail Zabelin də olacaq.

Xəbər lenti

Xəbər lenti