...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü 70-dən çox ölkədə qeyd olunur

Cəmiyyət Materials 30 Dekabr 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S .İlhamqızı/ 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bu barədə bazar günü jurnalistlərə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Onun dediyinə görə, artıq bir neçə ölkədə diaspor təşkilatları Həmrəylik günü ilə əlaqədar tədbirlər keçiriblər.

Komitə sədri bildirib ki, Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. İbrahimovun dediyinə görə, Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti