Azərbaycan, Bakı,17 yanvar /müx. TrendLife Şahin Cavadsoy
Məhərrəm ayı təzə başlasa da, kişi sənətçilərimizin evlənmək məsələsi gündəmə gəlib. Tanınmış şoumen və eləcə də tele-aparıcı Nəsib Nurla, "Şeron" qrupunun keçmiş solisti Elnur Məmmədovun Novruz bayramı ərəfəsində, eyni vaxtda evlənəcəkləri xəbəri, artıq şəhər sakinləri arasında söz-söhbət şəklində yayılır. Elnur gəzən şaiyələrə münasibət bildirməsə də, Nəsib çəkinmədən bəzi məqamları TrendLife istifadəçiləri üçün açıqladı: "Deməzdim ki, Novruz ərəfəsində toy çaldırıb, evlənəcəyəm. Ancaq, dostlarım bilir ki, sevdiyim bir xanım var və onunla nişan mərasimin gününü dəqiqləşdiririk. O ki qaldı Elnurla bəhsə girib, eyni vaxtda toy etmək istəyimə, bəli, söyləyirəm ki, verilişimə qonaq gələndə söz vermişdim ki, qardaş kimi, toyumuzu bir gündə edəcəyik. Bunu zarafatla desəm də, indi söz verirəm ki, Elnurun toyunda tamada olmasam, evlənməyəcəyəm".