Bazar günü gecə axşam Los-Ancelesdə (Moskva vaxtı ilə bazar ertəsi səhər) ABŞ Kinoaktyorlar Gildiyası mükafatlarının təntənəli təqdim etmə mərasimi keçirilib.
İkinci planda ən yaxşı kişi roluna görə mükafatı Koenov qardaşlarının "Bura qocaların yerit deyil" filmində oynayan Xavyer Bardem əldə edib. Bu naminasiya üzrə Keysi Afflek ("Qorxaq Robert Ford Cessi Ceymsi necə öldürüb"), Xel Xollbruk ("Vəhşi təbiətə doğru"), Tommi Li Cons ("Bura qocaların yeri deyil") və Tom Uilkinson ("Maykl Kleyton") da təqdim olunub.
"İkinici planda ən yaxşı qadın rolu" dərəcəsi üzrə mükafatı "Qanqster" filmində iştirak edən Rubi Di (Ruby Dee) alıb. Həmçinin, bu naminasiya üzrə Keyt Blanşett ("Mən burda yoxam "), Ketrin Kiner (Catherine Keener) ("Vəhşi təbiətə doğru"), Emi Rayan ("Əlvida, balacan, əlvida") ("Gone Baby Gone") və Tilda Suinton ("Maykl Kleyton") təqdim olunub.
Teleserialda ən yaxşı aktyor ansamblına görə mükafat "Ofis" filminə ("The Office") təqdim olunub. ABŞ Aktyorlar Gildiyası dramatik serilda ən yaxşı aktyor ansablı kimi "Soprano Klanı" ("The Sopranos") filmində çəkilən artistləri təsdiq edib.
2008-ci ildə ilk dəfə olaraq Aktyorlar Gildiyasının ən yaxşı kaskadyor işinə görə də mükafatları təqdim olunub. Bədii filmlər dərəcəsi üzrə bu mükfatlar "Bornun ultimatu " filmində işləmiş kaskadyorlara, teleseriallar dərəcəsi üzrə isə "24"ün (Lenta) yaradıcıılarına çatıb.