...

Toliki mən yetişdirmişəm-müğənni Röya

Cəmiyyət Materials 31 Yanvar 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /müx. TrendLife Günel Əhmədova/

Röyanın dəfələrlə təxirə düşən konserti, nəhayət, gerçək həllini tapacaq. Bu layihəni müğənninin keçmiş prodüseri Tolik təşkil edir. Vaxtilə aralarında soyuq müharibə elan edən tərəflər indi bir araya gəlirlər. Amma onları bütöv bir yaradıcılıq deyil, söhbəti gedən konsert proqramı birləşdirəcək.

Tolikin TrendLife-a bildirdiyinə görə, konsert fevralın 28-nə nəzərdə tutulub. Müəyyən ləngimələr olsa, tarix martın 8-nə keçirilə bilər. Məkan isə Heydər Əliyev adına İdman- Konsert Kompleksidir:

"Əvvəla, onu qeyd edim ki, Röya bu layihəni mənə həvalə etdiyinə görə, ona öz minnətdarlığımı bildirirəm. Mənim Tolik olmağımda onun xidmətləri danılmazdır. Ona görə də konsertin möhtəməş alınması üçün əlimdən gələni edəcəyəm. Bir sözlə, deyə bilərəm ki, konsert salonunun işıq və səhnə effektləri insanların gözünü qamaşdıra biləcək səviyyədə qurulur. Eyni zamanda, sponsorlar tərəfindən tamaşaçılara bahalı hədiyyələrin təqdim olunmasını nəzərdə tutmuşuq. Maraqlı məqamlardan biri də budur ki, izləyicilərin səhnəyə qədər sərbəst olmasına imkan yaradılacaq. Yəni səhnədə diskoteka təşkil olunacaq. Hazırda Röya repertuarını müəyyən edir. Proqrama yeni mahnılar və bir neçə duet daxil edilir. Duetlərdən birinin yeni olacağı gözlənilir".

Konsert layihəsi ilə bağlı danışan Röya isə bildirdi ki, yaradıcılıq işini Tolikə həvalə etdiyi üçün uduzmayacağına əmindir: "Son illər ən maraqlı konsertlərin təşkilatçısı Tolikdir. Onu mən yetişdirdim, məndən sonra neçə-neçə müğənnilər ondan həm təşkilatçı, həm də prodüser kimi bəhrələndilər. İnanıram ki, sözügedən konsertim maraqlı və yaddaqalan olacaq".

Yaradıcılıq planlarından danışan Röya yaxın günlərdə klip çəkilişlərinə başlayacağını söylədi. Maraqlı süjet xətti olan klipin mahnısı lirik notlar üzərində qurulub.

Bundan başqa, müğənninin bir neçə albomu hazırlanır. Disklərinin surətinin yararsız şəkildə çıxarılaraq tirajlandığını diqqətə çatdıran müğənni əlavə etdi ki, topluların xaricdə buraxılması nəzərdə tutulub. O, bu addımı piratlara etiraz əlaməti olaraq atdığını söylədi. Vurğuladı ki, albomun biri yalnız Lalə Məmmədovanın 8 mahnısından ibarət olacaq. Digər alboma isə. son illərin mahnıları daxil ediləcək. Diskdən birinin üz qabığının svarovski qaşları ilə bəzədilməsi nəzərdə tutulub ki, həmin toplu satışa çıxarılmayacaq.

Xəbər lenti

Xəbər lenti