...

Praqada azərbaycanlı gənclərin yürüş-mitinqi keçiriləcək

Cəmiyyət Materials 20 Fevral 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir S.İlhamqızı/ Azər-Çex Cəmiyyəti fevralın 27-28-də azərbaycanlı tələbələrin Praqa Forumunu təşkil edəcək və Cexiya Respublikası tarixində ilk dəfə olaraq, Cexiya Parlamentinin Senatında, rəsmi iclas zalında keçiriləcək. Bu barədə Trend ə Cəmiyyətin sədri Elşən Nəzərov məlumat verib.

Foruma Avropadakı azərbaycanlı tələbələr, gəncdər dəvət olunur.

Xocalı soyqırımının 16-cı ildönümü münasibəti ilə Praqanın mərkəzində gənclərin yürüş-mitinqi keçiriləcək.

Fevralın 28-də isə UEFA-nın seçmə oyunları çərçivəsində Azərbaycanla Ermənistan arasında keçiriləcək futzal oyununa tamaşa ediləcək.

Gənclər Forumu və Xocalı soyqırımı ilə əlaqədar tədbirə Azərbaycanın Cexiyadakı səfirliyi də dəstək verir və tədbir iştirakçılarının Praqada qalmaları üçün lazımi xərclər təşkilatçılar tərəfindən ödəniləcək.

Xəbər lenti

Xəbər lenti