...

Elnur Hüseynov və Samir Cavadzadə Londonda "Day after Day" mahnısının təkmilləşdirilmiş variantını yazdıracaqlar (video)

Cəmiyyət Materials 6 Aprel 2008 03:09 (UTC +04:00)
Elnur Hüseynov və Samir Cavadzadə Londonda "Day after Day" mahnısının təkmilləşdirilmiş variantını yazdıracaqlar (video)

Böyük Britaniya, London, 5 aprel / Trend müxbir G.Əhmədova / "Eurovision-2008" müsabiqəsində ölkəmizi "Day after Day" mahnısı ilə təmsil edəcək Elnur Hüseynov və Samir Cavadzadə aprelin 5-də Azərbaycanın Londondakı səfirliyində mətbuat konfransı keçiriblər. Yerli jurnalistlərin suallarını cavablandıran layihə rəhbəri Gövhər Həsənzadə bildirib ki, Elnurla Samir bundan öncə Ukrayna, Yunanıstan, Latviya və digər ölkələrə səfər ediblər. Gənc ifaçıların səfərinin növbəti ölkəsi Böyük Britaniya olub.

Həsənzadənin sözlərinə görə, Londonda Elnurla Samir tanınmış "World Music Studios" studiyasında "Day after Day" mahnısının təkmilləşdirilmiş variantını yazdıracaqlar. Gənc ifaçılar Azərbaycan tarixində məhşur xarici studiyada mahnı yazdıran ilk müğənnilər olacaqlar.

Həsənzadə həmçinin bildirib ki, Londondan Elnurla Samir yenidən Ukraynaya gedəcəklər. Kiyevdə ifaçılarımız xüsusi olaraq "Day after Day" mahnısı üçün yerli müəllimlərdən xoreoqrafiya və balet dərslərini alacaqlar. O də bəlli olub ki, "Eurovision-2008" müsabiqəsi bitdikdən sonra Elnurla Samir "Day after Day" mahnısının Azərbaycan dilindəki versiyasını yazdıracaqlar.

Londondakı brifinqdə yerli jurnalistlərlə yanaşı Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti