...

Bakıda "Media-2008" turnirinin püşkatma mərasimi keçirilib

Cəmiyyət Materials 9 Aprel 2008 14:04 (UTC +04:00)
Bakıda "Media-2008" turnirinin püşkatma mərasimi keçirilib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bu gün Bakıda "Şərq" qəzeti tərəfindən təşkil olunan, ümummilli lider Heydər Əliyev adına "Media-2008" futbol turnirinin püşkatma mərasimi keçirilib.

Azərbaycan KİV-nin turnirdə iştirak edəcək 12 orqanı dörd qrupda yer alıb. "A" qrupu - "Şərq" qəzeti, ANS telekanalı və "Xalq Cəbhəsi" qəzeti; "B" qrupu - "Super Market" qəzeti, "Space" telekanalı və "APA-Sport" Agentliyi; "S" qrupu - Trend Agentliyi, "525-ci" qəzet və "Səfa mətbuat yayımı" şirkəti; "D" qrupu - "Yeni Azerbaycan/Internews", "AzTV" telekanalı və "Futbol Dünyası" qəzeti.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, sabah futbol turnirinin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə hakim Yeni Azərbaycan Partiyası rəhbərliyinin, deputatların və digər şəxslərin iştirakı gözlənilir.

Azərbaycan KİV-i arasında bu turnir artıq beş ildir ki, keçirilir. Ötən il turnirin qalibi "Super Market" qəzeti olub. Oyunlar Bakı Dövlət Universitetinin idman kompleksində şənbə və bazar günləri keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti