...

Dini liderlərin ikinci Ümumdünya sammiti Bakıda keçiriləcək

Cəmiyyət Materials 12 Aprel 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı. 12 aprel / Trend , müxbir S.Ağayeva/ Dini liderlərin ikinci Ümumdünya sammiti 2009-cu ilin oktyabrında Bakıda keçiriləcək. Bu barədə razılaşma Qafqaz Müsəlmanları İdarəsinin dini lideri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın patriarxı II Aleksey və BMT Baş katibi Pan Gi Munun Moskvada keçirilən görüşü zamanı əldə olunub.

Din liderlər ilə BMT nəzdində məsləhətçi şuranın yaradılması müzakirə edilib və yaxın vaxtlarda bu şuranın detallarının hazırlanması ilə məşğul olacaq işçi qrupu yaradılacaq. Bu barədə Şeyxülislam şənbə günü jurnalistlərə məlumat verib. BMT məsləhətçi şurasında müsəlman dinini Azərbaycan, İordaniya və İranın dini liderlərinin təmsil etməsi haqqında qərar qəbul edilib.

"Bu Azərbaycana, ölkə rəhbərliyinin apardığı tolerantlıq və din azadlığı siyasətinə böyük etibar və hörmətə dəlalət edən yüksək qiymətdir" - Paşazadə bildirib.

Paşazadə həmçinin bildirib ki, BMT Baş katibini Azərbaycana səfərə dəvət edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti