Azərbaycan, Bakı, 10 may /müx.TrendLife Şahin Cavadsoy/
Bu günlərdə yerli musiqi şirkətlərinin birində "N brothers" pop-qrupunun növbəti kompakt diski işıq üzü görüb. Həmişə yeniliklərini KİV nümayəndələri ilə bölüşən qrup rəhbəri Namiq qardaş, bu dəfə musiqi toplusuna tele-proqramların birində təqdimat etməklə kifayətlənib: "Səbəbi odur ki, biz qrup olaraq yetərincə öz sözümüzü deməyə müvəffəq olmuşuq. Qoy indi digər sənətçilər yeniliklərini jurnalistlərlə bölüşsün. Məncə hər uğura görə media mənsublarına əziyyət vermək lazım deyil".
Diskin adının "Gözlədim" olduğunu söyləyən N.Qafarov, şikayətini də TrendLife istifadəçiləri ilə paylaşdı: "Azərbaycanda diskdən pul qazanmaq qeyri-mümkündür. Bu da piratçılıqla əlaqəli olan bir şeydir. Çünki, istənilən müğənni albomuna daxil etmək istədiyi yeni mahnısını heç cürə piratlardan qoruya bilmir. Hesab edirəm ki, bu özbaşınalıq dövlət qurumları tərəfindən tənzimlənməlidir".