...

Qohumlarım mənə köməklik etməyiblər-müğənni Səidə Dadaşova

Cəmiyyət Materials 13 May 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /müx. TrendLife Safura/

Hamı yaxşı bilir ki, müğənni Səidə Dadaşova Rafael Dadaşovun qızı, Brilliant Dadaşovanın bacısı qızıdır. Müğənnin sözlərinə görə, heç vaxt xalası Brilliant Dadaşovadan kömək istəməyib. "Nə atam, nə də xalam mənə heç vaxt köməklik etməyiblər. Əksinə onların tanınmış insan olmaları həmişə mənə mane olub. Nəyəsə qərar vermək istəyəndə mütləq "Dadaşova" olmağımı xatırlamalıydım. Əvvəllər Opera və Balet Teatrında solist idim. Sonradan oradan çıxıb, estradaya gəldim. Lakin görürəm ki, şou-biznes bataqlıqdır. Teatrdan getməyimə çox peşimanam. Ola bilər ki, hər şeyi atıb, yenidən teatra qayıdım".

Xəbər lenti

Xəbər lenti