...

Bu mənim ən gözəl konsertlərimdən biri idi- əməkdar artist Yeganə Axundova

Cəmiyyət Materials 22 May 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /müx. TrendLife Eldar Hüseynzadə/

Bu yaxınlarda İstanbulun TİM zalında ümumilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Bu haqda TrendLife-a əməkdar artist Yeganə Axundova məlumat verib. O, Türkiyənin Opera və Balet Teatrının səhnəsində İstanbul Simfonik Orkestri ilə birgə çıxış edib. Tədbirdə Y. Axundova Üzeyir Hacıbəyovun "Koroğlu" operasını, Qara Qarayevin "Yeddi gözəl" baletindən süitalar səsləndirib. "Bu mənim ən gözəl çıxışlarımdan biri idi. Çıxışımla ümumilli liderin xatirəsini nə qədər əziz tutduğumu sübuta yetirdim. Buna görə də özümü çox xoşbəxt sayıram"-deyə Axundova bildirib.

Xəbər lenti

Xəbər lenti