Azərbaycan, Bakı, 27 may/ Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ölkədə yayımlanan 106 FM, Anten və Burc FM radiolarının fəaliyyətindəki nöqsanlarla bağlı, radio rəhbərlərinə xəbərdarlıq edib. "Şuranın apardığı monitorinq nəticəsində müəyyən edilib ki, həmin radiolar reklamlarla bağlı tələbləri pozur" - MTRŞ- nın çərşənbə axşamı keçirilən iclasından sonra Şuranın üzvü Qafar Cəbiyev Trend -a bildirib.
Trend -un arayışı: MTRŞ aprelin əvvəlindən baslayaraq, mayın ortalarınadək radioların fəaliyyətinə dair monitorinq aparıb. Monitorinq zamanı radioların "Televiziya və radio yayımı haqqında" Qanunun tələblərinin qorunması araşdırılıb.
Cəbiyev deyib ki, monitorinq zamanı həmin radioların aparıcılarının ana dilinin üslublarını pozduğu da müəyyənləşdirilib.
Azərbaycanda ölkə üzrə yayımlanan 10-a yaxın radio kanalı fəaliyyət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]