...

Azərbaycanın futbol klubu Xorvatiyadan olan qapıçı ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 3 İyun 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu Xorvatiyadan olan futbolçu ilə müqavilə bağlayıb. Bu barədə çərşənbə axşamı Trend -a "Bakı" klubunun mətbuat xidməti məlumat verib.

Marko Şarliya adlı legioner futbolçunun ampluası qapıçıdır. Xorvatiyanın Zapreşik şəhərini təmsil edən "İnter" klubundan transfer olunan Şarliya öz ölkəsinin müxtəlif yaş qrupları üzrə yığma komandalarında da çıxış edib.

Azərbaycanın futbol üzrə Premyer-Liqasının sonuncu mövsümündə "Bakı" klubunda əsas qapıçı kimi Seneqaldan olan Xalidu Sissoko çıxış edib.

Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, "Bakı" nöfbəti futbol mövsümünə hazırlaşmaq üçün Sloveniyanın Ptuj şəhərində təlim-məşq toplanışı keçəcək. Komanda Sloveniyada olduğu müddətdə Rusiya, Avstriya, Bolqarıstan, Xorvatiya və Serbiya klubları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

"Bakı" klubunun baş məşqçisi Makedoniyadan olan Qyoko Hacievskidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti