...

Rəqqasə Təranə Muradova avropalıları rəqs etməyə öyrədəcək

Cəmiyyət Materials 19 İyun 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /TrendLife müx. Nigar Musayeva/

Azərbaycanın xalq artisti, rəqqasə Təranə Muradova iyulun ortasında Avstriyanın paytaxtı Vena şəhərində olacaq. Rəqqasə orada istirahət etməyəcək. Tam əksinə yerli əhaliyə qərb rəqslərini öyrədəcək. Səfər Avstriya-Azərbaycan "Yeni Bakı və Vena" cəmiyyətinin xətti ilə təşkil olnacaq. Təranə xanım ilk dəfə deyil ki, avstriyalılara qərb rəqslərini öyrədir. Bəziləri hətta onun dərslərinə 2-3 ay əvvəlcədən yazılır.

"Hazırda Avropa, qərb rəqsləri ilə çox maraqlanır. Lakin mənim verdiyim master-klaslarla nəinki avstriyalılar, digər millətlər də gəlirlər. Bəzən qonşu ölkələrdən də gələnlər olur. İş ondadır ki, onlara nəinki azərbaycan, hətta gürcü, siqan, ispan rəqslərini də təqdim edirəm ",-T.Muradova TrendLife-a bildirib.

Bundan əlavə rəqqasə Venada konsert proqramı ilə də çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti