...

Azərbaycanın "Araz" futzal klubunda böyük dəyişikliklər olacaq – baş məşqçi

Cəmiyyət Materials 30 İyun 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir R.Ergün/Azərbaycanın "Araz" futzal klubunda çox böyük dəyişikliklər olacaq. Bu barədə bazar ertəsi Trend -a "Araz"ın yeni baş məşqçisi Böyükağa Hacıyev bildirib.

Azərbaycanın "Bakı" futbol klubu ilə ölkə çempionatının qalibi adını qazanmış Hacıyev deyib ki, ilk dəfə futzal komandasına rəhbərlik etməsinə baxmayaraq, uğur qazanacağına inanır. "Əsas məqsədim budur ki, futbolda baş məşqçi kimi qazandığım uğuru futzalda da təkrarlayım. Bunun üçün futzal üzrə Çempionlar Liqasında uğurlu nəticə qazanmağa çalışacağıq", - deyə baş məşqçi əlavə edib.

"Araz" klubu futzal üzrə Azərbaycanın son çempionu və ölkə kubokunun qalibidir. Hacıyevin baş məşqçisi olduğu komandanın Çempionlar Liqasında yer aldığı qrupun oyunları bu ilin oktyabr ayında Bakıda keçiriləcək.

Hacıyevin dediyinə görə, komandanın heyətində çox böyük dəyişikliklər olacaq: "Rusiyanın "Dina" klubundan Andrey Sizov adlı bir futzalçı ilə müqavilə bağlamağa hazırlaşırıq. Ondan başqa daha bir neçə yeni oyunçunun "Araz"a keçəcəyi gözlənilir".

Xəbər lenti

Xəbər lenti