...

Azərbaycan YUNESKO konfransının işində iştirak edəcək

Cəmiyyət Materials 4 İyul 2008 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

Azərbaycan nümayəndəlikləri YUNESKO-nun xətti ilə Yakutskda keçirilən beynəlxalq konfransda iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin TrendLife-a verdiyi məlumata görə, tədbir "Müasir kibernetika məkanında dil və onun mədəni müxtəlifliyi" adı altında keçirilib. Konfransda Rusiyadan, Qazaxıstandan, Yaponiyadan, Belçikadan, Kanadan, Brazilyadan, Hollandiyadan, Yeni Zellandiyadan, Fransadan, ABŞ-dan olan nümayndələr iştirak edib. İştirak edənlərin sayı ümumilikdə 100 nəfərdən çox olub. Tədbirin xüsusi qonaqları YUNESKO-nun Moskva bürosunun məsləhətçisi Mariuş Lukoşunas , Qenrix Yuşkeviç olub. Azərbaycanı həmin konfransda mədəniyyət və turizm nazirliyinin şöbə müdiri L. Məmmədova təmsil edib. O, ölkəmizdə aparılan mədəni siyasətdən söhbət açıb. Azərbaycanın çox millətli dövlət hesab olunduğunu vurğulayıb. Bundan əlavə L. Məmmədova Azərbaycanda reallaşan müxtəlif layihələri də təqdim edib.

Xəbər lenti

Xəbər lenti