...

Azərbaycanlı şahmatçı superturnirdə qələbə qazanıb

Cəmiyyət Materials 7 İyul 2008 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın Dortmund şəhərində keçirilən superturnirdə qələbə qazanıb. Bu, Məmmədyarovun turnirdə ilk qələbəsi olub.

Azərbaycanlı şahmatçı əvvəl keçirdiyi beş görüşün hamısında heç-heçə edib. Sonuncu - altıncı turda Hollandiyadan olan Lük Van Veliylə qarşılaşan Məmmədyarov qələbə qazanmaqla superturniri dörd xalla üçüncü yerdə başa vurub. O, bu görüşdə qara fiqurlarla oynayıb.

Turnirin qalibi adını Macarıstandan olan şahmatçı Peter Leko qazanıb.

Xəbər lenti

Xəbər lenti