...

Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun UEFA kubokunda rəqibi olan komanda itki ilə üzləşib

Cəmiyyət Materials 15 İyul 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun UEFA kubokunda rəqibi olan Polşanın "Lex" komandası itki ilə üzləşib. Bu barədə çərşənbə axşamı Polşa mətbuatı məlumat verib.

"Xəzər-Lənkəran"la görüşdən əvvəl Bolqarıstan komandası olan "Kuba" ilə yoxlama oyunu keçirən "Lex"in yarımmüdafiəçisi Rafal Muravski zədələnərək sıradan çıxıb. Sağ ayağından ciddi zədə alan futbolçunun Azərbaycan klubu ilə iyulun 17-də Bakıda keçiriləcək oyunda iştirak etməyəcəyi dəqiqdir.

Muravski "Lex"ə Azərbaycan yığma komandasının üzvü olan Saşa Yunisoğlunun çıxış etdiyi Polşanın "Qrotslin" klubundan transfer olunub.

"Lex" "Kuba" ilə yoxlama oyununda 4:1 hesabı ilə qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti