...

Müğənni Nurlan Növrəsli yeni klip çəkdirəcək

Cəmiyyət Materials 15 İyul 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /müx.TrendLife Şahin Cavadsoy/

Yaradıcılığına "Azəri Star" mahnı müsabiqəsindən başlayan Nurlan Növrəsli, Bakının gecə həyatını ekranlaşdırmaq qərarına gəlib. Sözləri Ziya Fazilə, musiqisi qardaşı - bəstəkar, pianoçu Şahin Növrəsliyə Aid olan "Gecə pərisi" mahnısına çəkiləcək klipdə, müğənni bu istəyin reallaşdırmaq fikrindədir: " İlk əvvəl onu söyləmək istəyirəm ki, mahnı sırf rok üslubunda yazılıb. Çox maraqlı sözlərdən ibarət olan bəstənin ssenarisini özüm yazmışam".

Nurlanın yaradıcılığındakı yeniliklər təkcə bununla bitmir. TrendLife-a ətraflı danışan sənətçinin sözlərindən məlum oldu ki, o, daha bir neçə mahnını lentə yazdırıb: "Sözləri Cəlal Qurbanov, musiqisi "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallıya aid olan "Sevgi haqda" mahnısına da ekran həyatı verməyi düşünürük. Digər klip çəkmək istədiyimiz mahnı isə Qazaxıstanda "Jahan Dala" estrada mahnı müsabiqəsində mənə birinciliyi qazandıran "Nə olar" mahnısıdır. Bu mahnının da müəllifləri Ziya Fazil və Şahin Növrəslidir".

Sabah-yəni 16 iyul tarixində Nurlan Növrəsli özünün 24-cü doğum gününü qeyd edəcək. Müğənni söylədi ki, şad gününü təmtəraqsız-filansız öz ailəsi birgə keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti