...

Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Serbiyaya gedə bilər – köməkçi-məşqçi

Cəmiyyət Materials 4 Avqust 2008 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts Bakıya avqustun 6-da gələcək. Bu barədə bazar ertəsi Trend -a yığma komandada Foqtsun köməkçisi kimi fəaliyyət göstərən Elxan Abdullayev məlumat verib.

Trend -un arayışı: Foqts artıq iki aydan çoxdur ki, Azərbaycanda deyil. Bu ilin iyun ayının əvvəlində Avstriya və İsveçrədə keçirilən Avropa çempionatının oyunlarını izləməyə gedən baş məşqçi, oradan Almaniyaya yola düşüb. O, Almaniyada olduğu müddətdə avrokuboklarda iştirak edən Azərbaycan klublarından bəzilərinin səfər oyunlarını izləyib.

Abdullayev bildirib ki, yığma komandanın baş məşqçisinin Bakıya daha tez qayıdacağı gözlənilirmiş. "Amma onunla sonuncu söhbətimizdə Azərbaycana avqustun 6-da qayıdacağını bildirdi. Əvvəl onun Bakıya avqustun 4-də, ya da 5-də gələcəyini gözləyirdik", - deyə məşqçi əlavə edib.

Köməkçi-məşqçi deyib ki, Foqtsun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Partizan" - "İnter" oyununu izləmək üçün Serbiyaya getməsi də mümkündür: "Ola bilər ki, baş məşqçi Bakıya gəlməzdən əvvəl Serbiyaya gedib "Partizan" - "İnter" oyununu izləsin. Amma hələ ki, o, bu barədə bizə heç nə deməyib".

Bakının "İnter" klubu ilə "Partizan" arasındakı oyun avqustun 6-da Serbiyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti