...

Azərbaycanlı güləşçi Olimpiadanın bürünc medalını qazandı

Cəmiyyət Materials 21 Avqust 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı sərbəst güləşçi Xetaq Qazyumov Pekin Olimpiadasının bürünc medalını qazanıb. Bu, ukraynalı idmançı Georgi Tibilovla görüşdən sonra məlum olub.

Azərbaycanlı güləşçi ukraynalı idmançı ilə görüşü yüksək səviyyədə keçirərək, ona heç bir şans verməyib. Qazyumov 96 kq çəki dərəcəsində mübarizə aparıb. Bu, Azərbaycanın sərbəst güləş növündə qazandığı ilk medal olub.

Hazırda Azərbaycanın hesabında altı medal var. Bunlardan biri qızıl, ikisi gümüş, üçü isə bürünc medaldır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti