Azərbaycan, Bakı, 12 sentyabr/ Trend / Qafqaz Müsəlmanları İdarəsinin cədvəlinə əsasən, Ramazan ayının on üçüncü günü - sentyabrın 13- də səhər yeməyi (imsaq) vaxtı saat 06.10-da, iftar vaxtı isə saat 20.09-dadır.
Ramazanın on üçüncü gününün duası: İlahi, bu gündə məni zahiri və batini çirkinliklərdən pak et. Baş verən hadisə və müsibətlərə qarşı mənə səbr ver. Bu gündə məni təqvalı olmağa, yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Öz köməyin xatirinə, ey miskinlərin gözlərinə sevinc nuru bəxş edən!