...

Ermənistan tərəfindən Tərtər çayının çirkləndirilməsi Azərbaycana qarşı total müharibə vasitəsidir nazir (video)

Cəmiyyət Materials 7 Oktyabr 2008 17:42 (UTC +04:00)
Ermənistan tərəfindən Tərtər çayının çirkləndirilməsi Azərbaycana qarşı total müharibə vasitəsidir nazir (video)

Azərbaycan, Bakı, 07 oktaybr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın ekologiya və təbii sərvətlər və naziri Hüseyn Bağırov Ermənistan tərəfindən Tərtər çayının çirkləndirilməsini total müharibə vasitəsi kimi qiymətlənirib.

"Ermənistan Azərbaycanla apardığı müharibədə total vasitələrdən istifadə edir. Ermənistan işğal etdiyi torpaqların sahibi olmasına əmin deyil. Ona görə də, bütün vasitələrdən istifadə edərək, Azərbaycanın torpaqlarını, təbii sərvətlərini düşməncəsinə istismar edir",- deyə çərşənbə axşamı Bağırov jurnalistlərə bildirib.

Trend - un arayışı: Tərtər çayı boyunca yerləşən yaşayış məntəqələrində çay suyundan istifadə qadağan edilib. Buna səbəb son günlər ermənilər tərəfindən çaya zəhərli maddələrin axıdılmasıdır. Çay suyunun 90% -i istifadəyə yararsızdır. Sərsəng gölü də daxil olmaqla, ətrafdakı su mənbələrindəki çirkab sular Tərtər çayına axıdılır.

Nazirin bildirdiyinə görə, hazırda Sərsəng su anbarı Ermənistan tərəfindən düşmənçilik məqsədilə istifadə olunur.

"Sərsəng su anbarı Azərbaycan tərəfindən aran və aşağı Qarabağ torpaqlarının suvarılması məqsədilə tikilib. Ermənistan tərəfindən qışda anbar açılanda, Azərbaycan kəndləri su altında qalır, yayda isə anbar bağlanır" - Bağırov əlavə edib.

Trend - un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 -1993- cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti