...

Azərbaycanın "Neftçi" klubunun gimnastları dünya çempionatında bürünc medallara layiq görülüblər

Cəmiyyət Materials 14 Oktyabr 2008 12:03 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubunun gimnastları dünya çempionatında bürünc medallara layiq görülüblər

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubunun gimnastlardan ibarət komandası Yaponiyanın Tokio şəhərində klublar arasında keçirilən dünya çempionatında üçüncü yeri tutub. Bu barədə Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Dünya çempionatında Azərbaycanı təmsil edən gimnastlar ї Aliyə Qarayeva, Zeynəb Cavadlı və Samirə Mustafayeva 227.3 xal toplayaraq, ən yaxın izləyiciləri olan Bolqarıstan idmançılarını 13 xalla qabaqlayıblar.

Klublar arasında keçirilən dünya çempionatının qalibi Rusiyanın "Qazprom" komandası olub. Ukraynanın "Şkola Deryuginıx" klubunun üzvləri isə gümüş medallara sahib çıxıblar.

Yuniorlar arasında fərdi yarışlarda iştirak edən Samirə Mustafayeva burada da üçüncü yeri tutaraq, bürünc medal qazanıb. Bürünc medal qazanmaq üçün 0.1 xalı çatmayan Aliyə Qarayeva isə dördüncü yeri tutub.

Yuniorların yarışında qızıl medalı Rusiya gimnastı Yevgeniya Kanayeva qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti