...

Bakının ümumtəhsil məktəblərində sınaq imtahanları keçiriləcək

Cəmiyyət Materials 16 Dekabr 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir C.Babayeva/ Dekabrın 20 - də Bakının ümumtəhsil məktəblərində sınaq imtahanları keçiriləcək.

"İmtahanlar martda keçiriləcək yoxlama imtahanına hazırlıq məqsədilə aparılır. İmtahanların nəticələri qiymətləndirilmir və yekun attestat qiymətinə təsiri yoxdur", - Azərbaycanın Təhsil Nazirliyinin çərşənbə axşamı yayılmış məlumatında deyilir.

Mərkəzləşdirilmiş qaydada keçirilən test yoxlama imtahanları 2009-cu ilin fevral ayında texniki peşə litseylərində, mart-aprel aylarında ümumtəhsil məktəblərində, buraxılış imtahanları isə, 2009-cu ilin iyun ayında keçiriləcək

Yoxlama imtahanın fənlər üzrə nəticələri ikinci yarımilliyin qiymətləri çıxarılarkən nəzərə alınacaq. Yekun attestat qiyməti hesablanarkən, yoxlama imtahanının nəticələri, X - XI (XII) siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri nəzərə alınacaq.

Bu il mərkəzləşdirilmiş buraxılış imtahanları Azərbaycanın Təhsil Nazirliyinin tabeliyində olan bütün ümumtəhsil məktəblərini əhatə edəcək, - təhsil naziri Misir Mərdanov əvvəllər jurnalistlərə bildirib. "Buraxılış imtahanları Azərbaycanın beş regional mərkəzində təşkil ediləcək və nəticələr həmin gün açıqlanacaq", - Mərdanov deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti