...

Azərbaycanlı şahmatçı Qran-Pri turnirində liderliyini qoruyub

Cəmiyyət Materials 24 Dekabr 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dеkаbr/ Trend News, müxbir R.Ergün/ Rusiyanın Elista şəhərində kecirilən FİDE-nin Qran-Pri turnirində azərbaycanlı şahmatçı qələbə qazanmaqla liderliyini davam etdirib.

Turnirin 9-cu turu çərçivəsində Vüqar Həşimovla Şəhriyar Məmmədyarov görüşüb. Həşimov 1:0 hesabı ilə qələbə qazanıb.

Qran-Pri turnirində iştirak edən digər azərbaycanlı şahmatçı - Teymur Rəcəbov isə ukraynalı Pavel Elyanov ilə görüşdə qələbə qazanıb - 1:0.

Hazırda hesabında 6 xalı olan Həşimov rusiyalı Aleksandr Qrişukla birinci pilləni bölüşdürür. Rəcəbov 5,5 xalla 3-cü, Məmmədyarov isə 4 xalla 8-ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti