...

AFFA rəhbərliyi Azərbaycan yığmasının oyununu izləmək üçün Küveytə gedib

Cəmiyyət Materials 10 Fevral 2009 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir R.Ergün/ AFFA-nın baş katibi Elxan Məmmədovla vitse-prezident Rauf Əliyev Azərbaycanın və Küveyt futbol yığmalarının yoxlama oyununu izləmək üçün bu gün Küveytə gediblər. Bu barədə çərşənbə axşamı Trend -a AFFA-nın mətbuat xidməti məlumat verib.

Azərbaycan və Küveyt yığmaları arasında oyun sabah, Küveytin Əl-Küveyt şəhərində keçiriləcək.

Azərbaycan millisi Küveyt millisi ilə görüşdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Özbəkistan yığması (1:1) və Çexiyanın "Slaviya" klubu ilə (0:2) yoxlama oyunu keçirib.

Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti