...

Azərbaycan yığmasını kifayət qədər ciddi rəqib sayıram – rusiyalı futbolçu

Cəmiyyət Materials 11 Fevral 2009 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir R.Ergün/ Futbol üzrə Rusiya yığma komandasının kapitanı Sergey Semak Azərbaycan millisinin kifayət qədər ciddi rəqib olduğunu bildirib.

"Azərbaycan yığmasını kifayət qədər güclü rəqib sayıram. Düşünürəm ki, bu komanda ilə oyunda güclü müqavimətlə üzləşəcəyik", - Rusiya mətbuatına Semak deyib.

Azərbaycan yığması 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Rusiya ilə eyni qrupda yer alıb.

Azərbaycan və Rusiya komandaları arasında ilk oyun martın 28-də, Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.

Rusiya yığmasının kapitanı bildirib ki, Azərbaycanla oyunda mümkün qədər tez qol vurmağa çalışacaqlar.

"Biz Azərbaycanla görüşdə mümkün qədər tez qol vurmalıyıq. Bunu edə bilsək, daha rahat oynamaq imkanı qazanacağıq", - deyə futbolçu əlavə edib.

Azərbaycan və Rusiyanın yığma komandaları indiyə kimi rəsmi oyunlarda görüşməyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti