Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir R.Ergün /
İspaniyada təşkil olunan "Linares" superturnirində iştirak edən azərbaycanlı şahmatçı Teymur Rəcəbov növbəti dəfə heç-heçə edib. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat verib.
Rəcəbov sonuncu turda Çindən olan Van Yue ilə qarşılaşaraq, görüşü heç-heçə başa vurub.
Hazırda hesabında 2 xalı olan azərbaycanlı qrossmeyster turnir iştirakçıları arasında sonuncu yeri tutur.
Rəcəbov bu gün birinci dövrənin son turu çərçivəsində macarıstanlı Maqnus Karlslenlə görüşəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]