...

Azərbaycanın təhsil naziri Dağlıq Qarabağın ayrıca fənn kimi tədris edilməsinə ehtiyac görmür

Cəmiyyət Materials 8 May 2009 11:11 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Dağlıq Qarabağın ayrıca fənn kimi tədris edilməsinə ehtiyac görmür

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın təhsil naziri Dağlıq Qarabağın ayrıca fənn kimi tədris edilməsinə ehtiyac görmür.

"Bütün orta məktəb dərsliklərində Dağlıq Qarabağ haqqında ətraflı və lazımi informasiyalar var. Ekspertlərin nəzarəti altında hazırlanan dərsliklər var", - deyə cümə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

O həmçinin, yeni tədris ilində Azərbaycanın bütün təhsil müəssisələrində müəllim heyətinin və dərs saatlarının ixrisar ediləcəyinə dair informasiyaları təkzib edib. "Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətəuyğun deyil", - deyə nazir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi lə əlaqə ünvanı -   [email protected]

Xəbər lenti

Xəbər lenti