...

Azərbaycanın tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbəri özünü təqsirli bilmir

Cəmiyyət Materials 21 İyul 2009 14:04 (UTC +04:00)
Azərbaycanın tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbəri özünü təqsirli bilmir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çərşənbə axşamı keçirilən prosesdə təqsirləndirilən şəxslər də özlərini elan olunmuş ittiham üzrə təqsirli bilməyiblər.

Azərbaycan, Bakı, 21 iyul / Trend , muxbir H. Bağırov /


Azərbaycanın tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbəri özünü təqsirli bilmir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çərşənbə axşamı keçirilən prosesdə təqsirləndirilən şəxslər də özlərini elan olunmuş iyttiham üzrə təqsirli bilməyiblər.

"GEN" MMC-nin rəhbəri Elburus Əliyev ifadə verib və bildirib ki, ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi üzrə işə xitam verilməlidr. O deyib ki, ittiham olunduğu maddə Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddə ilə tövsif olunmalıdır.

"GEN" MMC-nin rəhbəri Əliyev və digər 9 nəfər Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddələri ilə ittiham olunurlar.

Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Asif Ələmovun adına "Nəcibə", Həbib Ağayevin adına "GEN" və öz adına "Uğurlar", "Elgün E" və "GEN Holdinq" məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin işçiləri Asif Ələmov, Həbib Ağayev, Mehbarə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

Şirkətin rəhbəri ifadəsində deyib ki, mənimsənilən 7 milyon manatin hara xərclənməsindən xəbərsizdir. O qeyd edib ki, həmin məbləğin hara xərclənməsi məsələsi istintaq dövründə araşdırılmayıb və məhkəmə istintaqı zamanı bu məsələnin araşdırılmasını xahiş edib.

Əliyevin sözlərinə görə, bina tikintisi üçün paytaxtın Yasamal, Xətai, Nəsimi rayonlarının ərazilərində torpaq sahəsi alıb. Yasamal rayonu ərazisində aldıqları 28 sot torpaq sahəsi baha başa gəldiyindən həmin ərazidə bina tikintisinə başlaya bilməyiblər. Ona görə də, ucuz qiymətə Nəsimi və Xətai rayonları ərazisindən torpaq sahəsi alıblar. Lakin həmin ərazilərdə bina tikintisinə imkan verilməyib. Sulutəpə adlanan ərzidə isə binanın bünövrəsi qoyulsa da, həbs olunandan sonra tikinti işləri dayandırılıb.






Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti