...

Azərbaycanın gənclər və idman naziri Evrovision-2009 müsabiqəsi ətrafında yaranmış söhbətlərə münasibətini bildirib

Cəmiyyət Materials 22 Avqust 2009 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust / Trend /

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov  Evrovision-2009 mahnı müsabiqəsində Ermənistana səs verən azərbaycanlıların "siyahısı" ilə bağlı durumu şərh edib.

"Son vaxtlar bir neçə elektron kütləvi informasiya vasitəsində Azərbaycanın Evrovision-2009 mahnı müsabiqəsində iştirakı ilə bağlı məsələ gündəmə gətirilir. Qeyd etmək lazımdır ki, bu müsabiqədə Azərbaycan öz qonşularını xeyli qabaqlayaraq üçüncü yeri tutub", - nazir deyib.

"Evrovison-Azərbaycan layihəsinə dövlət tərəfindən dəstəyə məsul bir nazir olaraq "43 nəfərin sıyahısı" ətrafında yaranmış vəziyyət haqqında fikrimi bildirmək istərdim. Bir sıra kütləvi informasiya vasitəsində ölkəmizin, həmçinin hüquq-mühafizə orqanlarının ünvanına əsası olmayan ittihamlar səslənməkdədir. Biz məsələni araşdırdıq və məlum oldu ki, müsabiqə zamanı Azərbaycandan Ermənistan iştirakçısına səs vermiş şəxslərin sayı və siyahısı nə tədbir zamanı, nə indi mövcud deyildir. Belə olduğu halda, hüquq-mühafizə orqanı tərəfindən çağırılmış R.Nəsirovun qeyd edilən "siyahını" görməsi ciddi şübhə doğurur və həmçinin, nəyə görə səs verənlərdən məhz R.Nəsirov MTN-ə çağırılıb?!", - nazir bildirib.

"Sözügedən "43 nəfərin sıyası" ətrafında gedən söz-söhbət bəzi qeyri-peşəkar jurnalistlərin uydurmasından başqa bir şey deyildir. Bizi təəccübləndirən məqam odur ki, "Azadlıq Radiosu"nun Azərbaycan xidməti kimi bir sıra KİV-lər məsələni siyasiləşdirməyə çalışırlar. Azərbaycanın ərazi bütövlüyü məsələsində dəfələrlə "ikili standartlar" mövqeyindən çıxış edən "Azadlıq Radiosu"nun belə addımı bizi məyus edir. Mən əminəm ki, KİV-lər məsələni siyasiləşdirməməli, mövzunu daha dərindən araşdırmalı və maraqlı olan bütün tərəflərin fikrini işıqlandırmalıdırlar", - Rəhimov deyib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti