...

Prezident Saakaşvili yeni təhsil ilini azərbaycanlıların məskunlaşdığı Vaxtanqisi kəndindəki məktəbdə qarşılayıb

Cəmiyyət Materials 14 Sentyabr 2009 16:13 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Kvemo Kartli regionunda azərbaycanlıların məskunlaşdığı Vaxtanqisi kəndinin şagird və müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O, gürcü dili müəllimi Nazi Siklaurinin dərsində olub.
Prezident Saakaşvili yeni təhsil ilini azərbaycanlıların məskunlaşdığı Vaxtanqisi kəndindəki məktəbdə qarşılayıb

Gürcüstan, Tbilisi, 14 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili Kvemo Kartli regionunda azərbaycanlıların məskunlaşdığı Vaxtanqisi kəndinin şagird və müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O, gürcü dili müəllimi Nazi Siklaurinin dərsində olub.

Sinifdəki şagirdlərin 93 faizi azərbaycanlıdır.

Dərs zamanı dövlət başçısı müəlliməni "Şərəf" ordeni ilə təltif edib. "Siz artıq uzun illərdir məktəbdə işləyirsiniz, sizin fəaliyyətiniz uşaqların xoşbəxtliyidir. Onlar hər gün sizinlə ünsiyyətdə olaraq çox şey öyrənə bilirlər", - Saakaşvili bəyan edib.

Saakaşvili qubernatorla razılaşdığını və yaxın zamanlarda məktəb binasının bərpası prosesinə başlanacağını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti