...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika vasitə gətirən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 18 Sentyabr 2009 14:39 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Yardımlı rayon sakinləri - Məlik Bəşirov, onun qardaşı Fəxrəddin Bəşirov, Zəkulla Cəfərov və İslam Əkbərovun hər birinə 14 il azadlıqdan məhrumetmə cəzası verilib.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika vasitə gətirən dəstə üzvlərinə hökm oxunub

Azərbaycan, Bakı,18 sentyabr / Trend , muxbir H.Bağırov /

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Yardımlı rayon sakinləri - Məlik Bəşirov, onun qardaşı Fəxrəddin Bəşirov, Zəkulla Cəfərov və İslam Əkbərovun hər birinə 14 il azadlıqdan məhrumetmə cəzası verilib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Yardımlı rayon sakinləri - Məlik Bəşirov, onun qardaşı Fəxrəddin Bəşirov, Zəkulla Cəfərov və İslam Əkbərov saxlanılıb, onlardan 12 kiloqramdan artıq narkotik vasitələr - heroin, həşiş və tiryək aşkarlanaraq götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.3.2-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3-cü) maddələri ilə ittiham olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti