Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycan və Almaniyanın ali məktəbləri 1-3 oktyabr tarixində Bakıda əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
"Azərbaycan-Almaniya Ali Təhsil günləri" mövzusunda beynəlxalq konfrans Azərbaycanın Təhsil Nazirliyi və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçiriləcək. Bu barədə cümə axşamı Trend -a Təhsil Nazilriyindən məlumat verilib.
Konfrans zamanı Almaniya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər müzakirə ediləcək, həmçinin tibb, kənd təsərrüfatı, texniki elmlər sahəsində əlaqələrə həsr olunmuş, Boloniya prosesi çərçivəsində birgə proqramların hazırlanması ilə bağlı məruzə və çıxışlara yer veriləcək.
Tədbir çərçivəsində "Kapellhaus" - Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası da keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]