...

İranda A/H1N1virusuna yoluxmuş daha iki nəfər ölüb

Cəmiyyət Materials 2 Oktyabr 2009 14:26 (UTC +04:00)
İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklər və Sərhədlərə Nəzarət Mərkəzinin rəhbəri Mahmud Suruş bildirib ki, ölkədə A/H1N1 virusuna yoluxanların sayı 422 nəfərə çatıb, bu hallardan altısı ölümlə nəticələnib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
İranda A/H1N1virusuna yoluxmuş daha iki nəfər ölüb

İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklər və Sərhədlərə Nəzarət Mərkəzinin rəhbəri Mahmud Suruş bildirib ki, ölkədə A/H1N1 virusuna yoluxanların sayı 422 nəfərə çatıb, bu hallardan altısı ölümlə nəticələnib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

"Ötən həftə ərzində daha iki nəfərin ölməsi ilə xəstəlikdən ölənlərin sayı üçü körpə uşaq olmaqla, altı nəfərə çatıb", - deyə Suruş deyib.

İranın Səhiyyə Nazirliyi anında İnfeksion Xəstəliklər Mərkəzinin proqnozlarına görə, soyuqların başlaması ilə əlaqədar yoluxmanın yenidən canlanması gözlənilir. Mərkəz yaxın zamanlarda vətəndaşları ölkə hüdudlarından kənara çıxmamağa və şəxsi gigiyena qaydalarına əməl etməyə çağırıb.

IRNA agentliyinin məlumatına əsasən, İranda "donuz qripi"nə ilk dəfə yoluxma halı iyulun 14-də baş verib.

Yoluxmanın əsas simptomları hərarətin qalxması, boğazda ağrı, öskürək, bəzi hallarda isə ishaldır.

Xəbər lenti

Xəbər lenti