...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 2 Fevral 2010 13:53 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran İslam Respublikasının vətəndaşı Qulamrza Rəhman Acar, Azərbaycan vətəndaşları Ədalət Hüseynov Mənsur Ağayev, Seyfulla Mehbalıyev və Əhməd Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran İslam Respublikasının vətəndaşı Qulamrza Rəhman Acar, Azərbaycan vətəndaşları Ədalət Hüseynov Mənsur Ağayev, Seyfulla Mehbalıyev və Əhməd Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı fevralın 12-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3), qaçaqmalçılıq (206.4) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilənlər 2009-cu il yanvarın 6-da Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin əməkdaşları tərəfindən həbs ediliblər.

Xəbər lenti

Xəbər lenti