...

Azərbaycanda müəllimlərin beşillik müqavilə əsasında işləmələri tətbiq oluna bilər - Təhsil Nazirliyi

Cəmiyyət Materials 18 Fevral 2010 15:51 (UTC +04:00)
Azərbaycanda orta ümumtəhsil məktəb müəllimlərinin beşillik müqavilə əsasında işləmələri tətbiq oluna bilər. Bunu Trend News-a Təhsil Nazirliyinin baş məsləhətçisi Musa Əhmədov deyib.
Azərbaycanda müəllimlərin beşillik müqavilə əsasında işləmələri tətbiq oluna bilər - Təhsil Nazirliyi

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanda orta ümumtəhsil məktəb müəllimlərinin beşillik müqavilə əsasında işləmələri tətbiq oluna bilər. Bunu Trend -a Təhsil Nazirliyinin baş məsləhətçisi Musa Əhmədov deyib.

"Yeni qaydalar təsdiqini taparsa, müəllimlərlə 5 il müddətinə iş müqaviləsi bağlanacaq. Həmin dövr bitdikdə, müəllimin ixtisasartırma kurslarında topladığı kredit ballarını nəzərə alaraq müqavilə uzadıla, yaxud ləğv oluna bilər", - baş məsləhətçi bildirib.

Azərbaycanda fəaliyyət göstərən 4 552 dövlət ümumtəhsil məktəbində 170 minə yaxın müəllim işləyir, 1 420 mindən çox şagird təhsil alır. 17 özəl ümumtəhsil məktəbində isə 1005 müəllim çalışır.

Onun sözlərinə görə, hazırda nazirlikdə əlavə təhsil qaydaları hazırlanır ki, bu da müəllimlərin təkmilləşdirilməsinin yeni modul kredit sisteminə əsasən həyata keçirilməsini nəzərdə tutur.

Əhmədovun sözlərinə görə, bu il Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün işə qəbul müsabiqələrinin rayon təhsil şöbələrinin vakant vəzifələr siyahısını təqdim etməsindən sonra elan olunması gözlənilir.

"Nəzərə alsaq ki, hazırda tədris ilinin yarısındayıq, bu imtahanlar gələn tədris ilinin əvvəllərinə təsadüf edə bilər", - nazirlik nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti